Birja

"Bitcoin"in qiyməti 30 min dollardan aşağı düşüb

İyunun 7-də keçirilən ticarət sessiyasında Bitkoinin məzənnəsi 30 min dollardan aşağı düşərək 29,4 min dollar təşkil edib.

ENA.az xəbər verir ki, bu "CoinDesk" portalının məlumatlarında ək olunub.

Birjanın məlumatına görə, kriptovalyutanın qiyməti gün ərzində 5,25% ucuzlaşıb, ən aşağı göstərici isə 29,2 min dollar olub.

Xatırladaq ki, bu son bir ayda bitkoinin ilk çöküşü deyil. Belə ki, mayın 12-də məzənnə 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyə - 26,7 min dollara düşmüşdür. Lakin, ertəsi gün kriptovalyutanın qiyməti 13% yüksələrək 30 min dolları ötmüşdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)