Nəcməddin Sadıkovun kadrı həbs edildi
Mərkəzi Ordu İdman Klubunun sabiq rəhbəri Elxan Məcidov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
ENA.az xəbər verir ki, o, külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirilir.
E.Məcidova Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsində Elxan Məcidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsi, qanunsuz aylığa buraxılmasını təmin etməkdə təqsirli bilinir.
Qeyd edək ki, Elxan Məcidovun əvvəllər Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi kimi işlədiyi bildirilir.
Xatırladaq ki, sabiq məmurun həbsi barədə ilk xəbəri müsavat.com yayıb.