Ukrayna ordusu intensiv əks-hücuma HAZIRLAŞIR
Ukrayna Silahlı Qüvvələri yaxın vaxtlarda intensiv əks-hücuma başlayacaq.
ENA.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
"Yaxın vaxtlarda kifayət qədər silah alacağıq. Bizim tərəfdən daha intensiv əks-hücum başlayan kimi bunu görəcəksiniz. Bu gün ayrıca əks-hücumlarımız var. Ehtiyacımız olan hər şeyi əldə edən kimi gücləndiriləcək. Silahlı qüvvələr, nəhayət, Rusiya Federasiyasına “ikinci ordunun” planetin başqa coğrafi nöqtəsində yerləşdiyini sübut edə biləcək”, - Ukrayna rəsmisi bildirib.
Podolyakın sözlərinə görə, Ukrayna tərəfdaşlarından yeni silahlar almağa başlayıb.