ABŞ Çin məhsullarına rüsumları ləğv etmək imkanlarını nəzərdən keçirir
Ağ ev administrasiyası ABŞ-ın sabiq Prezidenti Donald Tramp tərəfindən Çin məhsullarına tətbiq olunan idxal rüsumlarını yenidən nəzərdən keçirir və onların bəzilərini ləğv etmək, yaxud ÇXR-ə münasibətdə tarif siyasətini dəyişmək üçün bütün mümkün variantları nəzərdən keçirir.
ENA.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsinin müavini Sara Bianki Reuters informasiya agentliyinə müsahibəsində deyib.
“Hazırda bütün imkanlar nəzərdən keçirilir. Diqqətimizi Çinlə uzunmüddətli münasibətlərin yenidən qurulmasına yönəlmişik”, - deyə Sara Bianki bildirib.
Analitiklərin fikrincə, ABŞ-ın sabiq dövlət başçısı Donald Tramp 370 milyard dollarlıq Çin məhsullarına gömrük rüsumları tətbiq etməklə faktiki olaraq CXR-ə qarşı ticarət müharibəsinə başlamışdı.