Gündəm

Azərbaycanda “Coca-Cola” şirkəti məhkəməyə verildi

“Coca-Cola” məhsullarının Azərbaycandakı istehsalçısı “Koka-Kola Bottlers LTD” MMC barəsində məhkəmə iddiası qaldırılıb.

Şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunan cərimə protokolu baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Qanunu pozma faktı məhkəmə qaydasında təsdiqini taparsa, şirkəti cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Coca-Cola” içkilərinin Azərbaycandakı istehsalçısı 1996-cı ildən fəaliyyət göstərir. Bundan başqa “Fanta”, “Sprite” və “Bonaqua” içkiləri də məhz həmin şirkət tərəfindən Azərbaycan bazarına çıxarılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)