Rusiya Ukrayna ərazisinin 20%-ni işğal edib
Rusiya ordusu Ukrayna ərazisinin 20%-nə nəzarət edir.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O deyib ki, Ukrayna Silahlı Qüvvələri bu günə qədər 1017 yaşayış məntəqəsini ruslardan azad edib.
“Rusiya qoşunları Ukraynanın 3620 yaşayış məntəqəsinə daxil olub. Bunlardan 1017-si azad edilib. Hazırda ərazimizin təxminən 20%-i işğalçıların nəzarəti altındadır”, - deyə Zelenski çıxışında vurğulayıb.