“Bank of Baku”nun İdarə Heyətinin tərkibində dəyişiklik olub
“Bank of Baku” ASC-nin İdarə Heyətininin üzvlərindən biri bankdan ayrılıb.
ENA.az Baker.az-a istinadən xəbər verir ki, ötən ilin sonu İdarə Heyətinə üzv seçilən və Bankın baş maliyyə inzibatçısı olan Fuad Muradəliyev öz istəyi ilə bankdan ayrılıb.
F.Muradəliyev 2013-cü ilin noyabrından “Bank of Baku” ASC-nin maliyyə analitiki kimi başlamış, 2017-ci ilin mayında “Gilan Holding” MMC-yə transfer olmuşdu. Holdinqdə maliyyə sahəsində maliyyə menecerinin köməkçisi kimi çalışmış və 2019-cu ilin fevralında yenidən “Bank of Baku” komandasına dönməklə, Maliyyə departamentinin direktorunun müavini kimi fəaliyyətə başlamışdı. 2019-cu ilin iyulundan isə “Bank of Baku” ASC-nin Maliyyə departamentinin direktoru kimi çalışır. O, 2021-ci ilin dördüncü rübündə səhmdarların qərarı ilə İdarə Heyətinə üzv seçilmişdi.
Bununla da “Bank of Baku” ASC-nin İdarə Heyəti bir sədr və bir üzvlə təmsil olunur.
“Bank of Baku” ASC 1994-cü ildən fəaliyyət göstərir və onun nizamnamə kapitalı 52.9 milyon manatdır. 35%-i “NAB Holding”ə, 31.11%-i Hikmət İsmayılova, 28.89%-i “Azpetrol Neft Şirkəti” MMC-yə və 5%-i Elçin İsayevə məxsusdur.