Sağlamlıq

Bütün xəstəliklər Xidmətlər Zərfinə daxil ediləcək? - RƏSMİ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub.

Bu barədə İTSDA-dan məlumat verilib.

Bildirilib ki, layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi və beləliklə, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.

Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Bundan başqa, hazırda limit sayı 300 olan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayının müvafiq olaraq 400-ə və 1200-ə qədər artırılması təklifi irəli sürülüb.

Yeni Xidmətlər Zərfi təsdiqləndikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Milli Məclisin mayın 31-də keçirilmiş plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək, bütün tibbi xidmətlərin icbari tibbi sığorta ilə qarşılanmalı olduğunu vurğulayıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)