Sosial iqtisadiyyat

İlin ilk 4 ayında Azərbaycanda ÜDM 7%-dən çox artıb

Azərbaycan iqtisadiyyatında pandemiyadan sonra qeydə alınan sürətli bərpa prosesinin davamı olaraq bu ilin yanvar-aprel aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 7.2% artaraq 39 mlrd. 554.8 mln. manat, qeyri neft-qaz sektoru üzrə isə 11.4% artaraq 19 mlrd. 469.1 mln. manat olub. Belə ki, 2021-ci ilin ilk 4 ayı ərzində ÜDM əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0.2% az idi.

ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM isə ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-aprel aylarına nisbətən cəmi 4.1% artmışdı.

285339221 548964383267325 6588546693694880827 n

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)