Bank

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 14%-dən 11%-ə endirilib

Rusiya Mərkəzi Bankının İdarə Heyətinin növbədənkənar iclasında əsas uçot dərəcəsi üç faiz bənd azaldılaraq 14%-dən 11%-ə endirilib.

Bu barədə  tənzimləyici qurumun məlumatına istinadən xəbər verir.

Faiz dərəcəsinə baxılmasının səbəbləri rublun möhkəmlənməsi və əhalinin inflyasiya gözləntilərinin azalması olub.

Xatırladaq ki, fevralın 28-də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Mərkəzi Bank əsas uçot dərəcəsini 9,5%-dən 20%-dək artırmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)