Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər iki ölkə arasında mövcud olan geniş ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
Eyni zamanda çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazirlər regional məsələlər, xüsusilə iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.