Sosial iqtisadiyyat

Əmək müqavilələrinin sayı 2 milyona yaxınlaşır

Son üç ildə Azərbaycanda həyata keçirilən təşviq əsaslı vergi siyasəti, ölkənin əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

ENA.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov  "Twitter" hesabında bildirib.

M.Cabbarov qeyd edib ki, iş yerlərin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanan əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290 min vahid artıb və bu il mayın 1-nə 1 milyon 691,9 minə çatıb.

Nazirin sözlərinə görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 242,6 min vahid artaraq 782,5 min olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)