Axtar

Azərbaycan və Ermənistanın delimitasiya komissiyaları sərhəddə görüşdü

Bu gün əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Baş nazirin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.

XİN-dən verilən məlumata görə, tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.

Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.

Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33