Kontakt Home işçi axtarır - VAKANSİYA
Məhsul üzrə menecer asistenti
Son tarix 23 iyn 2022
Vəzifə öhdəlikləri:
- Məhsul üzrə menecerə gündəlik işlərdə dəstəyin göstərilməsi;
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
- İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
- Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
- Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
- Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
- Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
- Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
- Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
- Büdcənin idarə edilməsi və izlənməsi.
Tələblər:
- Ali təhsil;
- Satınalma, kateqoriya menecmenti, maliyyə sahələrində iş təcrübəsi - 3-5 il (Özünə qulluq istiqamətində təcrübə arzu olunandır);
- Səlis Azərbaycan, Rus, İngilis dilləri biliyi;
- Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;
- Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
- Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- CİPS sertifikatları arzuolunandır.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.