McDonald’s-un Rusiyadakı biznesinin alıcısı məlum olub
McDonald’s-un Rusiyadakı biznesinin alıcısı hazırkı lisenziya sahibi Aleksandr Govordur.
ENA.az “TASS”a istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
“Sövdələşmə çərçivəsində Govor McDonald’s restoranlarının bütün portfelini alacaq və yeni brend altında işlədəcək. 2015-ci ildən Govor McDonald’s-ın françayzeri olub və Sibirdə 25 restoranı idarə edib”, – relizdə deyilir.
Govorun aldığı restoranlar şəbəkəsinin yeni brend altında fəaliyyət göstərəcəyi bildirilir.