Şuşada genişmiqyaslı biznes tədbiri keçiriləcək

“Şuşada iyun ayında genişmiqyaslı biznes tədbiri keçirməyi planlaşdırmışıq”.
ENA.az xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Şuşadakı “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, biznes tədbirin məqsədi Şuşadakı abidələrin bərpasına diqqəti çəkməkdir: “Məqsəd Şuşadakı tarixi və mədəni abidələrin bərpasına diqqəti çəkmək və ona nail olmaqdır”.
Katib Qarabağ zəfərini türk dünyasının zəfəri adlandırıb: “Sözsüz ki, Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir”.