Günay Bankdakı 98% azalmanın səbəbi nədir? Qeyri-faiz gəlirləri üzrə bankların RENKİNQİ
Azərbaycanda qeyri-faiz gəlirləri əsasən pul köçürmə əməliyyatlarından müştəri hesabları üzrə əməliyyatlardan formalaşır. Eyni zamanda, bank kartları üzrə əməliyyatlar bu gəlirlərin əsas tərkib hissələrindən biridir. Broker bank qarantiyaları, faktorinq, akrreditlər də birdəfəlik xidmət kimi bu gəlirlər altında formalaşır.
Azərbaycan banklarının 2022-ci ilin yanvar-mart ayları üzrə nəticələrinin renkinqinə baxsaq görərik ki, 5 bankın qeyri-faiz gəlirlərində azalma var. Ən kəskin azalma isə Bank Melli İran Bakı filialı (-732%), Günay Bank (98%), Bank BTB (96%)-dir. Bank Melli İran Bakı filialı ilə bağlı məsələ aydındır və bu bankın Bakı filialının bəzi dönəmlərdə bağlanacağı ilə bağlı xəbərlər müştərilərin qaçmasına səbəb oldu. Günay Bank-a gəlincə, pul-köçürmə əməliyyatlarının həcmi üzrə vaxtilə lider banklardan biri olsa da, hazırda bu xidmətlə bağlı bazarda sıxışdırılan mövqedədir. Bankın xüsusən də korporativ müştəri seqmenti sıradan çıxıb.
Ödənişlər üzrə xidmətlərin səviyyəsi də düşüb, odur ki, vəziyyət “ukrayncadır”. Qaldı ki, Bank BTB son “kreslodan getmə” proseslərindən sonra bu bankdan xidmət alan müştərilər digər banklara üz tuturlar. Beləliklə, mənfəət-zərər hesabatında adi rəqəmlər kimi görünən qeyri-faiz gəlirləri üzrə göstəricilər əslində hər bir bankla bağlı müəyyən fikir yürütməyə imkan verir.