Gündəm

Dünyanın ən bahalı futbol klubları açıqlanıb

"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının yeni reytinq siyahısını tərtib edib.

Məlumata görə, birinci pillədə İspaniya təmsilçisi "Barselona" qərarlaşıb.

Ölkənin digər klubu "Real Madrid" ikinci, Almaniya "Bavariya"sı üçüncü sırada yer alıb. İngiltərə "Mançester Siti"si və Fransa PSJ-si ilk "5-liy"ə daxil olmayıb. "10-luq"dakı klubların 6-sı İngiltərə təmsilçisidir.

Dünyanın ən bahalı klubları

1. "Barselona" (İspaniya) - 4,76 milyard avro

2. "Real Madrid" (İspaniya) - 4,75 milyard avro

3. "Bavariya" (Almaniya) - 4,21 milyard avro

4. "Mançester Yunayted" (İngiltərə) - 4,2 milyard avro

5. "Liverpul" (İngiltərə) - 4,1 milyard avro

6. "Mançester Siti" - 4 milyard avro

7. "Çelsi" - 3,2 milyard avro

8. "Arsenal" - 2,8 milyard avro

9. PSJ - 2,5 milyard avro

10. "Tottenhem" - 2,3 milyard avro

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)