Bakıdan sonra ən yüksək maaş verilən rayonların SİYAHISI
1 aprel 2022-ci il tarixinə olan hesabata görə, Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqılarının 809 manata çatıb.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, əməkhaqqıları ilə bağlı hansı fərqli rəqəmlərin olduğunu araşdırılıb.
Dövlət Statistika Komitəsinin statistik göstəricilərində həmişəki kimi orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Belə ki, paytaxta bu göstərici 1040.9 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu rayon Daşkəsəndir. Burda orta aylıq əməkhaqqı 799.9 manatdır.
Gədəbəy 723.8 manat olmaqla 3-cü yerdədir, 4-cü yerdə isə 707.4 manat olmaqla Sumqayıt, 5-ci yerdə isə 665 manat olmaqla Şirvan şəhəridir.
Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Qax, Zaqatala və Xızıda qeydə alınıb. 1 aprel 2022-ci il tarixinə olan statistik rəqəmlərə əsasən Qaxda orta aylıq maaş 443.8 manat, Zaqatalada orta aylıq əməkhaqqı 464 manat, Xızıda isə 467.1 manat təşkil edib.