Ləğv prosesində olan bankın daha bir əmlakı icarəyə verilir
Mayın 19-da ləğv prosesində olan "Zamin Bank" ASC-nin daha bir daşınmaz əmlakının icarəyə verilməsi üzrə bağlı hərrac keçiriləcək.
ENA.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 25A, 1171-ci məhəllə ünvanındakı 364,5 kv.m-lik qeyri-yaşayış sahəsindən gedir.
Hərracda iştirak üçün ərizələr sabah günün sonuna qədər qəbul olunur. Hərrac ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında olacaq.