Zaur Mirzəzadə həbs edilib
Bakıda dələduzluqda təqsirləndirilən Zaur Mirzəzadə həbs edilib.
Bu barədə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, ona 5 il müdətinə azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Z.Mirzəzadə bir neçə şəxsə qarşı dələduzluq etməkdə ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində şərti cəza verilib. Daha sonra zərərçəkmişlər apellyasiya şikayəti verib.
Xatırladaq ki, Z.Mirzəzadə Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəridir.