AccessBank-da department rəhbəri təyin olunub
Bu gündən etibarən Vasif Əhmədov AccessBank-da Kiçik və Orta Biznes Müştəriləri Departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır. Bu təyinatadək o, cari Departamentin rəhbərinin müavini vəzifəsində çalışıb.
V. Əhmədov 15 ildir ki, AccessBank-da işləyir. O, AccessBank komandasına 2007-ci ildə qoşulub. Fəaliyyətini 2014-cü ildən Xırdalan filialında KOBM meneceri, 2017-ci ildən Maliyyə Restrukturizasiyaları və Kreditlərin Bərpası Departamentində Kiçik və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası şöbəsinin meneceri, 2018-ci ildən isə KOBM Departamentində Kiçik və Orta Biznes Müştəriləri üzrə direktor vəzifəsində davam etdirib.
Vasif Əhmədov Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə ixtisasını bakalavr və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirib.