ENA+

""Donuz qripi"nə qarşı heç bir vaksin yoxdur"

"Bu gün Azərbaycanda "donuz qripi" (H1N1) yoxdur".

"BI" xəbər verir ki, bunu ölkənin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, mətbuat orqanları bu məsələdə diqqətli olmalıdır: "Qonşu ölkələrdə "donuz qripi"nin olması bildirilir. Əgər ölkə ərazisində bu virus kütləvi şəkildə yayılarsa, səhiyyə orqanları bunun qarşısını almaq ixtiyarındadır. Bu qripə qarşı heç bir vaksin yoxdur".

İ.Ağayev qeyd edib ki, qriplə xəstələnmə hər zaman olub, bundan sonra da olacaq: "Hər bir insan özünün həkimi olmalıdır. Qrip mövsümi xəstəlik olduğu üçün havalar soyuyanda xəstəliyin yayılması təbiidir. Bundan qorunmaq üçün də insanlar diqqətli olmalı, qoruyucu maskalardan mütləq istifadə olunmalıdır".

O əlavə edib ki, Səhiyyə Nazirliyinin icazəsi olmadan kimsə hər hansı dərman vasitəsi, o cümlədən vaksin sata bilməz: "Nazirliyin deposu tərəfindən kiməsə və ya harasa dərman preparatları verilməyib. Yəni "donuz qripi" ilə bağlı vaksin yoxdur və kiməsə də nəsə verilməyib".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)