Ruslan Əliyev deyir ki, Azəriqaz abonentə güzəştə getsə topdansatış edən zərər çəkə bilər
“Azəriqaz” İstehsalat Birliyi qazın satışı ilə bağlı inhisarçı təşkilatdır. Ancaq qazın pərakəndə satışı ilə bağlı yalnız “Azəriqaz”a nöqtəyi-nəzərdən baxmaq düzgün olmazdı”.
ENA.az xəbər verir ki, bunu Reporta müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
Report korrospandeni R.Əliyevə sual verib ki, Türkiyədə belə bir şey var ki, qaz satışı həyata keçirən şirkətlər əhali arasında daha az qaz istehlak edən və daha çox qaz istifadə edən sənaye müəssisələri üçün müəyyən kampaniyalar həyata keçirirlər. Bu, təbii ki, öz növbəsində əhali abonentinin daha çox qaz sərf etməsinə stimul verir. Eyni zamanda, sənayenin daha çox qaz istehlak edərək daha çox və qiyməti ucuz məhsul istifadə etməsinə şərait yaradır. Nə zamansa, “Azəriqaz” İstehsalat Birliyinin ölkədə belə kampaniyalar həyata keçirməsi mümkündürmü?
“Buna bir qaz səbəti kimi baxdıqda, burda qazı hasil edən, qazın topdansatışını həyata keçirən və qazın əhaliyə pərakəndə satışını həyata keçirən təşkilatlar mövcuddur. Bütün bunlar bir-birinə bağlı məsələlərdir. Bu gün “Azəriqaz” İstehsalat Birliyi nəyəsə güzəşt edəcəksə, bunu topdansatışı həyata keçirən də nəzərə almalıdır. Topdansatışı həyata keçirən təşkilat nəyisə nəzərə alırsa, bunu qazı hasil edən təşkilat da nəzərə almalıdır. Bunun üçün də bu halqanın birtərəfli olması mümkün deyil. Müvafiq Tarif Şurasında bu məsələyə səbət kimi baxılır və burada heç bir tərəf – nə əhaliyə pərakəndə satışı, nə topdansatışı həyata keçirən, nə də ki, hasilat edən şirkət zərər çəkməsin. Bunun üçün də “Azəriqaz” İB-nin hər hansı güzəştə getməsindən topdansatışı həyata keçirən təşkilat zərər çəkə bilər”- deyə, o cavab verib.