Elm və Texnologiya

Rusiyada “Google Play”ın analoqu yaradılıb

Rusiyanın “NashStore” proqram mağazası tərtibatçılar üçün qeydiyyatın açıldığını elan edib. Xidmət yalnız Android platformasında işləyir. Vurğulanır ki, artıq 3 mindən çox proqram sahibi “NashStore” saytında qeydiyyatdan keçib, onlar sırasında Rusiyanın ən böyük bankları “VTB”, “Sberbank”, “Okritiye” və digərləri yer alır.

ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bundan əlavə, bir çox xarici şirkətlərdən, o cümlədən Çin, Hindistan, İndoneziya, Malayziya və Vyetnamın oyun studiyaları, Qazaxıstan və Belarusun banklarından müraciətlər daxil olub.

Əhəmiyyətlidir ki, istifadəçilər “Google Play”da olan bütün məlumatları asanlıqla “NashStore”a köçürə biləcəklər. Ödəniş xidmətləri bir neçə həftədən sonra platformada işə salınacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)