Bank

"Bank BTB”in nizamnamə kapitalı minimum tələbi ödəmir: Yalnız 2 bank nizamnamə kapitalını artırdı

“Məmur bankları”nın ömrü də həmin məmurların kreslo dövrü qədərdir. Ramiz Mehdiyevin ailəsinə məxsus olan Bank BTB artıq bir 3 ildir ki, eniş dövrünü yaşayır. 

ENA.az xəbər verir ki, 2022-ci ilin yanvar-mart aylarının nəticələrinə görə isə bankın nizamnamə kapitalı minimum normadan – 50 milyon manatdan aşağı düşüb. BTB Bank-ın nizamnamə kapitalı bu dövrdə 17,7 milyon manat azalıb. 

Qeyd edək ki, prudensial normalara görə, bankların məcmu kapitalı 50 milyon manatdan aşağı düşdükdə, artıq ciddi tədbirlər görülə və hətta həmin bankın lisenziyası alına bilər. Bank BTB-nin məcmu kapitalının həcmi 51 milyon manat təşkil edir. 

Azərbaycan bankları arasında yalnız iki – Azərbaycan Beynəlxalq Bankı 15,6 milyon, Ziraat Bank Azərbaycan isə 15,5 milyon manat həcmində nizamnamə kapitalını artırıblar. 

Hazırda nizamnamə kapitalı 1 milyard 241.3 milyon manatla  Azərbaycan Beynəlxalq Bankı liderdir. TOP-3-dəki digər banklar isə 378 milyon manatla Yelo Bank, 364.8 milyon manatla Xalq Bankdır.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department