Qarabağ

Sülhməramlılar Qarabağdakı iki postu TƏRK ETDİLƏR

Qarabağda yerləşən Rusiya sülhməramlıları iki kənddəki nəzarət-buraxılış məntəqəsindən çıxıb.

ENA.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Həmin nəzarət-buraxılış məntəqələrinin Xocavənddəki Sos və Xocalıdakı Xaçmaç kəndlərində yerləşdiyi bildirilir.

Məlumata görə, hər iki keçid məntəqəsi kənddaxili magistral yollarda yerləşirdi. Keçid məntəqələrində əsasən nəqliyyat vasitələri yoxlanılırdı.


“Hraparak”ın məlumatına görə, rusiyalı sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküb, başqa, daha hədəflənmiş ərazilərə köçüblər.

Qəzet məsələyə rəsmi şərh ala bilməyib. Həmin məntəqələrin hara köçürüldüyü, niyə söküldüyünə rəsmi aydınlıq gətirilməyib.

“Bütün rəsmi dairələr bu mövzudan danışmaqdan imtina etdilər”,-deyə “Hraparak” yazıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)