Bank

Aprel ayında Mərkəzi Bankın ehtiyatları azalıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 29 aprel 2022-ci il tarixinə 7 milyard 85,8 milyon ABŞ dolları təşkil edir.

2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 7 milyard 75,4 milyon dollar təşkil edib. Belə ki, 2022-ci ilin yanvar-aprel aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 0,1% artıb. 

Eyni zamanda, aprel ayında AMB-nin valyuta ehtiyatları 0,7% və ya 50,7 mln azalıb. 

Xatırladaq ki, 2021-ci ildə AMB-nin valyuta ehtiyatları 11,1% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)