Azərbaycanın 4 bankı zərər açıqladı. Gəlirin 70,7%-i üç bankın əlində cəmləşib
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4 bank zərər açıqlayıb. Qalan 22 bank isə bu ilin birinci rübünü mənfəətlə başa vurub.
ENA.az xəbər verir ki, bankların hesabatına görə, ümumi mənfəət 181, 5 milyon manat təşkil edir. Maraqlı burasıdır ki, bütün mənfəətin 128 milyon manatı 3 banka məxsusdur. Bu isə o deməkdir ki, ümumi gəlirin 70,7%-i üç bankın əlində cəmləşib.
Eyni zamanda qeyd edək ki, 2021-ci ilin birinci rübündə bankların ümumi mənfəəti 149 milyon manat təşkil etmişdi və cəmi 2 bank zərər açıqlamışdı. O vaxt isə ümumi gəlirlərin 71,6%-i üç bankın payına düşmüşdü.
Beləliklə, mənfəət reytinqində TOP-3-lük dəyişməyib: Kapital Bank ASC, ABB ASC, PAŞA Bank ASC.
Zərər açıqlayan bankların sırasında isə ilk üçlər - Unibank KB ASC, Bank BTB ASC, Günay Bank ASC-dir.
milyon manatla
1 |
Kapital Bank ASC |
180.0 |
50.4 |
2 |
ABB ASC |
208.8 |
39.2 |
3 |
PAŞA Bank ASC |
90.2 |
38.3 |
4 |
Bank of Baku ASC |
23.1 |
9.9 |
5 |
Xalq Bank ASC |
27.3 |
7.0 |
6 |
Bank Respublika ASC |
19.5 |
6.0 |
7 |
Bank VTB (Azərbaycan) ASC |
4.2 |
5.5 |
8 |
Rabitəbank ASC |
2.7 |
5.1 |
9 |
Expressbank ASC |
7.7 |
3.5 |
10 |
Muğanbank ASC |
1.6 |
3.0 |
11 |
Naxçıvanbank ASC |
6.3 |
2.8 |
12 |
Ziraat Bank Azərbaycan ASC |
7.0 |
2.1 |
13 |
AFB Bank ASC |
9.3 |
1.9 |
14 |
Azərbaycan Sənaye Bankı ASC |
2.2 |
1.6 |
15 |
Premium Bank ASC |
1.9 |
1.4 |
16 |
TuranBank ASC |
0.7 |
1.0 |
17 |
AccessBank QSC |
1.1 |
0.8 |
18 |
Bank Avrasiya ASC |
0.8 |
0.8 |
19 |
Yapı Kredi Bank Azərbaycan QSC |
-0.9 |
0.4 |
20 |
Yelo Bank ASC |
11.7 |
0.3 |
21 |
Bank Melli İran Bakı filialı |
-2.0 |
0.3 |
22 |
Azər Türk Bank ASC |
0.6 |
0.2 |
23 |
Pakistan Milli Bankı NBP Bakı filialı |
-0.4 |
-0.2 |
24 |
Günay Bank ASC |
0.4 |
-0.6 |
25 |
Bank BTB ASC |
0.5 |
-3.3 |
26 |
Unibank KB ASC |
4.7 |
-4.1 |