Manata qarşı rubl bahalaşdı. Avro isə ucuzlaşır
![](https://ena.az/uploads/news/2022-05/_ena_02725034aa916969f1c5720e7_o.jpg)
Azərbaycan Mərkəzi Bankının açıqladığı məzənnəyə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 4-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb.
Mayın 4-nə AMB manatın avroya qarşı rəsmi məzənnəsini 1,7878 manat/1EUR (29 aprel - 1,7887 manat/1EUR) səviyyəsində müəyyən edib.
Mərkəzi Bank mayın 4-nə manatın Rusiya rubluna qarşı rəsmi məzənnəsini 0,0248 manat/1RUB (29 aprel - 0,0234 manat/1RUB) səviyyəsində müəyyən edib.