Sığorta

Azərbaycan və Türkiyənin rəhbərliyi ilə türk dövlətlərinin sığorta birliyi yaradılacaq

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Türkiyə Sığorta Birliyi arasında “Türk Dünyası Sığorta Birliyi”nin yaradılmasına dair qərar qəbul edilib.

Bu barədə  müsahibəsində ASA-nın İcraçı direktoru Elmar Mirsalayev bildirib.

Onun sözlərinə görə, birliyə altı türk dövlətinin sığorta sektorunun təmsilçiləri üzv olacaqlar:

“Türk Dünyası Sığorta Birliyi"ndə Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan təmsilçilər yer alacaq. Əsas məqsəd bu ölkələrin sığorta təcrübələrinin mübadiləsi və kadr mübadiləsidir. “Türk Dünyası Sığorta Birliyi”nin üzvlərinin sığorta hovzunun yaradılması da nəzərdə tutulub. Təsis konfransı və imzalanma mərasiminin may ayının son həftəsində İstanbulda olması planlaşdırılır. Bu birliyə Türkiyə və Azərbaycan rəhbərlik edəcək".

E.Mirsalayev əlavə edib ki, 2020-ci ildə ASA Türkiyə Sığorta Birliyi ilə əməkdaşlıq memorandumu imzalayıb: "Bu, iki ölkənin sığorta sektoru arasında ilk rəsmi sənəd idi. Memorandumu imzaladıqdan sonra Türkiyənin sığorta sektorunun təmsilciləri ilə sıx əməkdaşlığa başladıq və çoxlu görüşlərimiz oldu. Son görüşümüzdə türk dövlətlərinin sığorta birliyinin yaradılması qərar alındı".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)