Gündəm

Qələbə paradına prezidentləri çağırmadı

“9 may Qələbə paradına görə Kreml xarici liderlərə dəvət göndərməyib. Çünki yubiley deyil”.

ENA.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Biz Qələbə Gününə əcnəbi liderlərdən heç kimi dəvət etməmişik. Fakt budur ki, yubiley tarixi deyil. Bu, bizim bayramımızdır, bütün Rusiya üçün, bütün ruslar üçün müqəddəs bayramdır. Amma xarici ölkəni dəvət etməmişik”,- Peskok deyib.

O, həmçinin əlavə edib ki, Belarus prezidenti Aleksandr Lukaşenko da mayın 9-da Moskvaya səfər etməyi planlaşdırmır.

Qeyd edək ki, Rusiyada Qələbə Günü münasibətilə hər il parad keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)