Gündəm

İlham Əliyev: “İndi SOCAR-da yeni idarəetmə var”

Biz indi SOCAR-da aktiv islahatlar prosesindəyik.

Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı diqqətə çatdırıb ki, indi SOCAR-da yeni idarəetmə var.

“SOCAR nəhayət şəffaf beynəlxalq enerji şirkətinə çevriləcək”, – Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, nəhayətdə itkilərdə azalma olacaq: “Çünki qazla bağlı bizim itkilərimiz çoxdur. Bəzi itkilərin köhnəlmiş infrastruktur səbəbi ilə bəraəti var. Bəzi itkilər isə çox şübhəlidir. Beləliklə, bizim aparıcı şirkətimiz olan SOCAR-ın optimallaşdırılması, şəffaflıq, korporativ idarəetmə, əminəm ki, bizə əlavə qaynaq verəcək. O artıq bizə bunu verir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)