Gündəm

Rusiyada Rövşən Əsgərova qarşı cinayət işi başlanıldı

Rusiyada azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman” televiziya oyununun iştirakçısı Rövşən Əsgərova qarşı cinayət işi başlanılıb.

Bu barədə ENA.az “RİA Novosti”yə istinadən xəbər verir.

O, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi reabilitasiya etməkdə ittiham olunur.

RF İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov feysbukda rusiyalı sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb.

İstintaq Komitəsindən bildirilib ki, bu cür əməllərə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyəti nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)