Gündəm

İtaliya Ukraynaya ən son texnologiya ilə hərbi yardım göndərir

İtaliya Ukraynaya ən son texnologiya ilə hərbi yardım göndərir.

ENA.az  "Open" nəşrinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Mario Draqi bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə bunun yekunlaşacağı gözlənilir.

Nəşrin məlumatına görə, hərbi yardım paketinə M113 tırtıllı avtomobillərə quraşdırılmış "Sidam25", haubitsalar, özüyeriyən silahlar M109,
"PzH2000" dünyanın ən müasir özüyeriyən tırtıllı avtomobili, pulemyotlar, tank əleyhinə raketlər daxildir.

Gələn həftədən etibarən hərbi texniklər İtaliya silahlarının ekspertizasını keçirəcək və Ukraynaya konkret olaraq nə göndərilməli olduğunu seçəcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)