Prezident: “Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
“Biz sülh gündəliyi təqdim etdik, Ermənistandan hər hansı cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədi”.
Bunu Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük: “Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycan hər hansı ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Bu, post-münaqişə dövrü üçün hesab edirəm ki, vacib məqamdır”.