Statuslar

"Sənayenin rəqabətqabiliyyətliliyi" indeksində Azərbaycan 0.011 bal yığıb

Daha bir beynəlxalq reytinqdə yerimiz

BMT-nin Sənaye İnkişafı təşkilatının 2018-ci il üzrə "Sənayenin rəqabətqabiliyyətliliyi" indeksində Azərbaycan 148 ölkə arasında 103-cü yerdə qərarlaşıb.
Keçmiş SSRİ məkanından Tacikstan, Qırğızıstan və Moldova bizdən aşağıda, yerdə qalanları bizdən yuxarıdadır. Məsələn, Rusiya 32-ci, Litva 40-cı, Belorus 45-ci, Estoniya 50-ci, Latviya 58-ci,Ukrayna 65-ci, Qazaxıstan 67-ci, Gürcüstan 96-cı, Ermənistan 101-ci yerdədir.
İndeksdə reytinqlər 0-1 bal arasında təyin edilib:1-ə yaxınlaşdıqca ölkənin sənayesinin rəqabət qabiliyyətinin ən yüksək, 0-a yaxınlaşdıqca ən aşağı səviyyədə olduğunu göstərir. Məsələn, 1-ci yerdə olan Almaniya 0.541 bala, Azərbaycan isə 0.011 bala sahib olub. 
İndeks 4 parametr əsasında hesablanır:

1. Emal sənayesində yaranan əlavə dəyərin adambaşına məbləği;
2. Emal sənayesi ixracının adambaşına məbləği;
3. Ölkənin dünya üzrə emal sənayesində yaranan əlavə dəyərdə payı;
4. Ölkənin dünya üzrə emal sənayesi ixrcında payı.

 

Rövşən Ağayev
İqtisadçı-ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)