Daha bir şirkət mənfəətini səhmdarlar ilə bölüşdərəcək
“Bakıtikişsənaye” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
ENA.az xəbər verir ki, 4 iyun 2022-ci il tarixdə keçiriləcək illik ümumi yığıncaqda Cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), 2021-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiya¬sının hesabatı, Cəmiyyətin gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi, Təşkilati məsələlər (idarə heyəti, müşahidə şurası və təftiş komissiyasının tərkibinə baxıl¬ması) müzakirə olunacaq.
Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Həsən Əliyev küçəsi 1008-ci məhəllədə keçiriləcəkdir. Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüqu¬qi ünvanda tanış ola bilərlər.
Əlaqə telefonları- (012) 440-86-25, (012) 440-09-19.