Putin G20 sammitinə dəvət olundu
Rusiya Prezidenti Vladimir Putin “Böyük İyirmilik” (G20) ölkələrinin sammitinə dəvət olunub.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravati bildirib.
Nazir Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbər orqanlarının iştirakı ilə dünya iqtisadiyyatının gələcək inkişaf perspektivlərinin müzakirə edildiyi seminara qatılıb.
O, tədbirin moderatorunun bu ilin payızında Bali adasında keçiriləcək G20 liderlərinin görüşünə Vladimir Putinin iştirak edib-etməyəcəyi sualını müsbət cavablandırıb: “Dəvət etmişik, çünki dəvətlər ölkə rəhbərlərinə əvvəlcədən göndərilir. Artıq G20-yə daxil olan bütün ölkələr öz dəvətlərini alıblar”.
Qeyd edək ki, G20-yə hazırda İndoneziya sədrlik edir.