MALİYYƏ

Dollar bu il də bahalaşacaq - ANALİTİKA

Qlobal maliyyə bazarları yeni ili ABŞ dollarının müvəqqəti dəyərdən düşməsi ilə qarşıladı.

Analitiklər bildirir ki, Asiya birjaları işə düşən kimi Amerika valyutasının ucuzlaşması baş versə də, Avropa birjaları açılanda bu proses dayandı.

London (Böyük Britaniya) və Frankfurt (Almaniya) birjalarında dolların bahalaşması müşahidə edildi və sərbəst dönərli valyuta əvvəli mövqeyini bərpa etdi, dollar indeksi “yaşıl səviyyə” hesab olunan 96,2-yə çatdı və bazar iştirakçıları üçün ciddi siqnal oldu.

Bununla belə, son 1 ay ərzində dollar Avropanın vahid valyutası sayılan avro qarşısında bir qədər ucuzlaşıb – USD/EUR nisbəti 1,135-dən 1,155-ə qalxıb. Mövcud vəziyyətin ABŞ-la Çin arasında ticarət danışıqlarının müsbət nəticələnməsi ehtimalı ilə bağlı olduğu bildirilir.

Məsələ ondadır ki, iki aparıcı iqtisadiyyat arasında razılıq əldə edilməsi Avropa ölkələrinin istehsalı olan mallara tələbatı artıra bilər. Odur ki, investorlara arasında avroya inam bir qədər artıb və bu, Avropa valyutasını Amerika valyutası qarşısında bir qədər bahalaşdırıb. Baxmayaraq ki, əksər analitiklər 1 avronun qiymətinin uzun müddət 1,11-1,12 dollar arasında dəyişəcəyi qənaətindədir.

Analitiklər hesab edir ki, dollar bu il də dəyər qazanmaqda davam edəcək. Belə ki, dollar indeksininin ilin I yarısına doğru 97,5-ə yüksələcəyi, ilin II yarısında isə 99-100 arasında dəyişəcəyi proqnozlaşdırılır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)