Gündəm

Rusiya unu İrana Azərbaycan üzərindən tədarük ediləcək

Saratov vilayətindəki “Engels un zavodu” istehsal etdiyi məhsulların bir hissəsini dəmir yolu ilə ixrac edəcək.

Müəssisə mart ayında Volqa regionu üzrə terminal və anbar kompleksi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. İlk yükdaşıma əməliyyatlarına aprel ayında başlanacağı planlaşdırılır.

Saratov unu Volqa dəmir yolunun “Anisovka” stansiyasından Azərbaycana (“Astara” stansiyasına) göndəriləcək və sonradan isə İrana çatdırılacaq. Yükün aylıq həcmi 2 min ton təşkil edəcək. Un 36 qapalı vaqonla göndəriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)