Sarkisyanın adamları Qarabağa gəldilər
Ermənistanın eks-prezidenti Serj Sarkisyanın sədri olduğu Respublika partiyasının nümayəndələri Qarabağa qanunsuz səfər ediblər.
ENA.az xəbər verir ki, bu barədə partiyanın üzvü Artak Zakaryanın Facebook-da məlumat yayıb.
O bildirib ki, Xankəndidə separatçı rejimi təmsil edən nümayəndələrlə görüşüblər. Zakaryan görüşdən fotolar da yayımlayıb.
Qarabağa gedənlər arasında Zakaryandan başqa Armen Aşotyan, Eduard Şarmazanov, David Şahnazaryan da olub.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan parlamentinin bir qrup deputatı Qarabağa gəlmək istəyərkən rusiyalı sülhməramlılar onları “Laçın dəhlizi”ndən geri qaytarmışdı.