Cavanşir Feyziyev bu vəzifəsini itirdi
![](https://ena.az/uploads/news/2022-04/_ena_312742cd52da390e3d3c8e822_o.jpg)
Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişib.
ENA.az xəbər verir ki, işçi qrupunun rəhbəri vəzifəsinə deputat Soltan Məmmədov seçilib.
Bundan əlavə, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanov seçilib.
Xatırladaq ki, buna qədər Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev idi. Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsi isə boş idi.