Neft ucuzlaşır: treyderlər Ukraynadakı hadisələri və ABŞ-dakı ehtiyatlarını qiymətləndirirlər
Neft qiymətləri bir gün əvvəl iki həftənin ən yüksək səviyyəsinə qalxdıqdan sonra bugün səhər azalır, treyderlər Ukraynadakı hadisələri və ABŞ-dakı yanacaq ehtiyatları ilə bağlı məlumatları qiymətləndirirlər.
Londonun ICE Futures birjasında saat 9:12-ə olan Brent markalı neftin iyun fyuçerslərinin dəyəri bir barel üçün 108,44 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,34 dollar (0,31%) aşağıdır.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində may ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 103,51 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,74 dollar (0,71%) aşağıdır.
Dünən məlum olduğu kimi, ABŞ-da aprelin 8-də başa çatan həftə ərzində kommersiya neft ehtiyatları 9,38 milyon barel artıb. Bununla yanaşı, benzin ehtiyatları 3,65 milyon barel, distillatlar isə 2,9 milyon barel azalıb.
Analitiklər orta hesabla neft ehtiyatlarının 1 milyon barel artacağını, benzin ehtiyatlarının 600 min barrel azalacağını və distillat ehtiyatlarının 416 min barrel azalacağını gözləyirdilər.