Paşinyan: “Türkiyənin müttəfiqinin ərazi bütövlüyünü tanımamaq təhlükəlidir”
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ərazi bütövlüyü ilə bağlı beynəlxalq ictimaiyyətin ona verdiyi mesajdan danışıb.
Bu barədə Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
“Beynəlxalq ictimaiyyət açıq şəkildə dünyada Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmanın təhlükəsindən danışır”, – deyə N.Paşinyan bildirib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşları İrəvanın bu cür mövqeyinin Ermənistan üçün böyük təhlükə olduğunu qeyd edirlər.
Nikol Paşinyan həmçinin Ermənistan üçün sülh gündəliyinə alternativ olmadığını vurğulayıb.
Mənbə: Sputnik Ermənistan