Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Neft qiymətləri bir gün əvvəl sıçrayışdan sonra bugün səhər enir. İnvestorlar keçən həftə ABŞ-ın ehtiyatlarının artması ilə bağlı qeyri-rəsmi məlumatlarla dəstəklənir.
Londonun ICE Futures birjasında saat 9:20-yə olan Brent markalı neftin iyun fyuçerslərinin dəyəri bir barel üçün 104,49 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,15 dollar (0,14%) aşağıdır.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında may ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 100,31 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,29 dollar (0,29%) azdır.
Amerika Neft İnstitutunun (API) məlumatına görə, ABŞ-ın neft ehtiyatları aprelin 8-də bitən həftədə 7,8 milyon barel artıb. “Trading Economics”in məlumatına görə, ekspertlər orta hesabla 1,367 milyon barel artım gözləyirdilər.