“Bank Respublika”da təyinat olub

“Bank Respublika” ASC-nin daha bir icraçı direktor təyin edildi. Bu da son həftədə beşinci təyinatdır.
ENA.az Banker.az-a istiinadən xəbər verir ki, Tələt Orduyev bankın risklərin idarəedilməsi üzrə icraçı direktoru təyin edilib.
T.Orduyev 2017-ci ilin fevralından “Bank Respublika”da departament rəhbəri idi.
O, indiyə qədər 10 ildən çox müddətə “AccessBank” QSC-də çalışmışdır.