Ukraynada vağzalın raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 50-ə çatıb

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 50-ə çatıb.
ENA.az xəbər verir ki, bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko bildirib.
Ölənlərdən 5-i uşaqdır.
İndiyədək 98 nəfər xəstəxanalara çatdırılıb.