Avtobuslarda gediş haqqı artırılır? - Tarif Şurasından AÇIQLAMA
"Hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi gündəmdə deyil".
Bu barədə Tarif Şurasından gediş haqlarının qaldırılacağı ilə bağlı məlumatlara aydınlıq gətirilərkən bildirilib.
Rəsmi məlumata görə, gediş haqlarının artırılması gündəmdə olmadığı üçün bu barədə müzakirə aparılmır.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin avtobuslarda gediş haqqının artırılması məqsədilə Tarif Şurasına müraciət ünvanladığı ilə bağlı məlumatlar yayılıb. Gediş haqqının 70 qəpiyədək qaldırılacağı iddia olunub.