Peskov Rusiyanın Ukraynada ciddi itkilər verdiyini açıqladı
Rusiya Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat zamanı xeyli itki verib.
ENA,az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Sky News” telekanalında bildirib.
“Biz xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir”, - Peskov müsahibəsində deyib.
Qeyd edək ki, martın 25-də Rusiya Müdafiə Nazirliyi Ukraynada keçirilən xüsusi əməliyyatın bir ayı ərzində 1351 rus hərbçisinin öldürüldüyünü, 3825-nin yaralandığını bildirib.